backend

DİN-dən "Metropark"dakı həyəcanla bağlı açıqlama – Cinayət işi başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Daxili İşlər Nazirliyindən (DİN) AZXEBER.COM-a verilən məlumata görə, iyunun 11-də saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 “Zəng Mərkəzi”nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki “Metro Park” ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib.
Dərhal müvafiq tədbirlər  görülüb, lakin məlumat təsdiqini tapmayıb.
Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə ) maddəsi ilə cinayət işi başlanılıb.