backend

Həccə getdiyi deyilən Cabir İmanov od püskürdü: "Onların nə ixtiyarı var ki…"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir neçə gündür ki, bəzi saytlarda “Planeta Parni iz Baku” KVN teatr komandasının üzvü, Azərbaycanın əməkdar artisti Cabir İmanovun Həcc ziyarətində olması barədə yazılar diqqət çəkir. Redaksiyamızla əlaqə saxlayan aktyor yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyərək bu məlumatı tirajlayanları sərt tənqid edib.
Cabir İmanov bunları deyib:
“Son vaxtlarda Həcc ziyarətinə getməyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bunu özünə hörmət etməyən, qeyri-peşəkar jurnalsitlərin rəyi kimi qəbul edirəm. Ona görə ki, İnstaqram-da gördüyü şəkillərdən məlumatı təsdiqləmədən yazmaq peşəkarlıqdan xəbər vermir. Axı şəklin altında heç Həcc ziyarətinə getdiyimi də yazmamışam. Jurnalistlərin nə ixtiyarı var ki, belə bir mövzuda olan məlumatı məndən soruşmadan, fikrimi öyrənmədən yazsın? Və maraqlıdır ki, onlar bu məlumatı haradan götürüb?
Mən, sadəcə, Məkkəyə Ümrə ziyarətinə getmişəm, Allah hamıya qismət eləsin. Bunu afişa etmək, hamıya yaymaq istəməmişəm. Lakin bəzi jurnalistin səhv yazdığı xəbərə görə bunu deməyə vadar oldum. Respublikada elə adam qalmayıb ki, zəng edib mənə “Səni Həcc ziyarətinə getməyin münasibətilə təbrik edirəm” deməsin. Belə olmaz axı… İlk növbədə, zəng vurub məlumatın doğru olub-olmadığını yoxlamalı, daha sonra isə mənim icazəm olarsa, yazmalı idilər. Şəxsi həyatım haqqında özüm instaqram-da heç bir məlumat vermirəmsə, başqasına bu ixtiyarı kim verib ki, haqqımda yalan yazsın? Məkkədə olmaq mütləq Həcc ziyarətinə getmək demək deyil. Əgər kimsə o şəhərə gedirsə, bu, o demək deyil ki, Həccdə olub”. (Publika.az)