AFFA İntizam Komitəsi AZAL klubunun futbolçusunu 3 oyunluq cəzalandırıbbackend

AFFA İntizam Komitəsi AZAL klubunun futbolçusunu 3 oyunluq cəzalandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəpəz – AZAL görüşünün baş hakimi haqqında lazımi ölçü götürülməsinə dair də qərar verilib
AZAL klubunun futbolçusu Alamadine Omega Roberts 3 oyunluq cəzalanıb.
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında 28 yaşlı liberiyalı futbolçunun diskvalifikasiya olunmasına dair qərar çıxarılıb.
Komitə Azərbaycan Premyer Liqasının XXI turunun “Kəpəz” – AZAL matçının videoyazısını izlədikdən sonra əcnəbi futbolçunun rəqib oyunçuya qarşı aqressiv hərəkətə yol verdiyini təsbit edib. Bu səbəbdən A.Roberts 3 oyunluq cəzalanıb və kluba 2 400 manat cərimə kəsib.
Həmçinin Hakimlər Komitəsinin “Kəpəz” – AZAL görüşünün baş hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırmasına dair qərar verilib.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan “Kəpəz” – AZAL oyununu referi Orxan Məmmədov idarə edib.
//Report