backend

"Hər kəs hazır olsun" – Türkiyəyə qorxulu zəlzələ XƏBƏRDARLIĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Egey dənizində 6,3 bal gücündə zəlzələ baş verdiyi və təkanların İstanbul, Tekirdağ, Çanaqqala və İzmirdə hiss edildiyi haqda məlumat vermişdik.
Geofizika mütəxəssisi Yrd.Doç. Dr. Oğuz Gündoğdu zəlzələnin ardından dərhal etdiyi açıqlamada bunun gözlənilən olduğunu deyərək, növbəti təkanların olacağı ilə bağlı xəbərdalıq edib: “Bu zəlzələnin ardından yüzdə-yüz ardıcıl zəlzələlər də olacaqdır. Həmin zəlzələlərin gücü Rixter şkalası ilə 4 və ya 5 bal ola bilər. Hər kəs hazırlıqlı olsun. Bölgədə gözlənilən bir zəlzələ idi.”
Yrd.Doç. Dr. Oğuz Gündoğdu açıqlamasında zəlzələnin Yunanıstanda belə hiss edildiyini bildirib.
///Milli.Az