backend

Moskva və Peterburqda etiraz aksiyalarında 650 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında 650 nəfər saxlanılıb.
bu barədə Rusiya Daxili işlər nazirliyinin mətbuat mərkəzindən bildiriblər.
Moskvanın mərkəzində korrupsiyaya qarşı etiraz aksiyasında 150, Sankt-Peterburqda keçirilən analoji aksiyada isə 500 nəfər saxlanılıb.
Rusiya DİN-in məlumatına əsasən, Sankt-Peterburqda aksiyada 3500, Moskvada isə 4500 nəfər iştirak edib.
Qeyd edək ki, etiraz aksiyaları Aleksey Navalnının çağırışı ilə keçirilib.
 
Moskvanın Tverskaya küçəsində keçirilən korrupsiyaya qarşı etiraz aksiyasında 100-ə yaxın şəxs saxlanılıb.
APA-nın “tvrain.ru”ya istinadən verdiyi məlumata görə, Sankt-Peterburqda keçirilən analoji aksiyada isə saxlanılanların sayı 100-ü ötüb. Onların arasında yerli qanunverici orqanın deputatı Maksim Reznik də var. Etirazçılar “Pozor” şüarı səsləndirir. Xüsusi təyinatlı qüvvələrin insanların bir neçə qrupunu əhatəyə aldığı bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları səsgücləndiricilər vasitəsilə iştirakçıları dağılışmağa çağırır. İnzibati məsuliyyətə cəlb olunmamaq üçün üçün polis onları Udelnıy parkında keçirilən icazəli aksiyaya qoşulmağa səsləyir.
Qeyd edək ki, etiraz aksiyaları Aleksey Navalnının çağırışı ilə keçirilir
//APA