İdeal Gələcək Gənclər İctimai Birliyi Füzuli rayonunda “Qarabağ Gənclərinin Sağlamlıq Forumu”nu təşkil edib.backend

İdeal Gələcək Gənclər İctimai Birliyi Füzuli rayonunda “Qarabağ Gənclərinin Sağlamlıq Forumu”nu təşkil edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində keçirilib.
Məqsəd gənclər arasında sağlamlıq mədəniyyətinin formalaşması, onların insan orqanizminə zərərli vərdişlərdən uzaqlaşdırılmasına kömək etməkdir.
Tədbirin qonaqları Forumun əhəmiyyəti barədə iştirakçılara məlumat verərək ,Azərbaycan uşaq, yeniyetmə və gənclərin sağlam inkişafı istiqamətində görülən işlər, bu istiqamətdə QHT-dövlət əməkdaşlığına dair müsbət təcrübələri forum iştirakçıları ilə bölüşüblər.
Gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində aparılan işləri, habelə təşkil olunmuş bu forumun əhəmiyyətini vurğulayan ekspertlər , təcrübəli həkimlərin iştirakı bu cür forumların ayrı-ayrı rayonlarda keçirilməsi və çoxlu sayda gəncləri əhatə etməsi təqdirəlayiq hal kimi qiymətləndirmişlər..
Digər natiqlər də gənclərin sağlam həyat tərzi keçirməsi üçün dövlət qurumlarının, məktəblərin, QHT və KİV-lərin, o cümlədən valideynlərin birgə əməkdaşlıq etməsinin zəruri olduğunu vurğulayıblar.
Forumun ikinci hissəsində həkimlər Nərgiz Cabbarova və Attila Quliyevin məktəblilər üçün düzgün qidalanma, şəxsi gigiyena, zərəli vərdişlərlə mübarizə və digər mövzulara həsr olunmuş məruzələri dinlənilib, videomaterillar nümayiş etdirilib. Daha sonra interaktiv metodla məktəblilər arasında fikir mübadiləsi aparılıb. Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Forum çərçivəsində məktəblilərə zəruri olan maarifləndirici materiallar paylanıb.
//Editor.az