backend

Bəzi yerlərdə leysan, dolu yağıb – Faktiki hava

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İyunun 12-si gündüzdən 13-ü səhərədək ölkə ərazisində müşahidə olunana faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub. Yağan leysan yağış nəticəsində Böyük Qafqazın bəzi çaylarında suyun səviyyəsi artıb.
İyunun 12-də axşam saatlarında Kirəndə (Tovuz) dolu düşüb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-3, Böyük Qafqazda 2-16, bəzi yerlərdə 17-50, Qazax-Gəncə zonasında 2-21, Kiçik Qafqazda 4-7, Mərkəzi-Aran rayonlarında 1-8 mm təşkil edib.