Azərbaycanda imtahanlarla bağlı – YENİLİKbackend

Azərbaycanda imtahanlarla bağlı – YENİLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gələn ildən magistratura səviyyəsinə keçirilən imtahanın nəticələri iki il istifadə olunacaq”.
Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, hazırda rus bölməsinin abituriyentlərinin verdiyi Azərbaycan dili imtahan nəticəsi iki il istifadə olunur:
“Builki və gələnilki qəbul imtahanları, hələ ki, bir qaydada davam edəcək. Amma iki ildən sonra ölkədə kurikulumla tədris alan uşaqlar 11-ci sinifə gələcəyi üçün çalışacağıq ki, iki ilə yeni modelləri işləyək. Yeni modellərə əsasən, bir imtahanın nəticəsi iki il istifadə oluna biləcək.
Gələn il isə artıq bunu magistratura səviyyəsində tətbiq edəcəyik. Artıq yeni qərarlar qəbul olunduğu üçün biz hər bir imtahanın nəticəsinin iki il istifadə olunması istiqamətində işlərə başlaya bilərik. İmtahan nəticələrinin iki il istifadə olunduğu təqdirdə, qiymətlər abituriyentlərə elə də yüksək görünməyəcək”.
Sədr xatırladıb ki, bu il Dövlət İmtahan Mərkəzinə legitim hüququ mühitinin yaradılması üçün bir sıra qərarlar qəbul olundu:
“Qərarlar qəbul olunmadığı üçün dekabr, yanvar və fevral aylarında biz fəaliyyətimizi davam etdirə bilmirdik. İndi də dövlət qulluğu ilə bağlı müəyyən qərarları gözləyirik ki, tam fəaliyyətə başlaya bilək”.
///Report