backend

“Odlar Yurdu” Universitetinin tələbələri “Maşın” şou iştirakçılarını heyrətləndirdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Odlar Yurdu” Universitetində təhsil alan əcnəbi tələbələr “Maşın” şounun iyunun 10-da yayımlanan buraxılışını canlı izləməyə yollanıblar.
Editor.az xəbər verir ki, realiti şounun rəhbəri və aparıcısı Əməkdar artist Murad Dadaşovun suallarını cavablandıran Maykl adlı gənc ölkəmizə Nigeriyadan gəldiyini deyib.
““Maşın” şouya hər gün baxıram. Oksana Rəsulovanı dəstəkləyirəm. Mənim bir arzum var, növbəti “Maşın” şou Şuşada keçirilsin, mən də orada iştirak edim”.
O, daha sonra Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun “Azərbaycan” adlı şeirini səsləndirib.
Nigeriyadan olan digər tələbə Coydri isə artıq şounu tərk edən iştirakçı Fərda Amini bəyəndiyini söyləyib.
Qeyd edək ki, hazırda “Maşın” şounun finalçıları – Oksana Rəsulova, Elcan Rəsulov və İslam Mehrəliyev avtomobili qazanmaq uğrunda mübarizə aparırlar.