Azərbaycanın xarici işlər naziri Rusiya Federasiya Şurası sədrinin müavini ilə görüşübbackend

Azərbaycanın xarici işlər naziri Rusiya Federasiya Şurası sədrinin müavini ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 7-də Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovla görüşüb.
İ. Umaxanov Azərbaycan və Rusiya arasında əlaqələrin intensiv inkişaf etdiyini, parlamentlərarası münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Azərbaycanda keçirilən ümumxalq referendumunda MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının rəhbəri kimi iştirakını xatırladan İ. Umaxanov səsvermənin yüksək səviyyədə keçirildiyini, Azərbaycan xalqının öz iradəsini sərbəst ifadə etdiyini diqqətə çatdırıb. O, Azərbaycan və Rusiya Federasiyası regionlarının əməkdaşlığının iqtisadi əlaqələrin möhkəmlənməsində vacibliyini vurğulayıb. İ. Umaxanov iki ölkənin beynəlxalq müstəvidə də uğurla əməkdaşlıq etdiklərini söyləyib.
E. Məmmədyarov həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvaya səfərindən məmnunluq ifadə edib, Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi ilə əlaqədar geniş tədbirlər planının hazırlandığını bildirib.
Sonda İlyas Umaxanov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi münasibətilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova Rusiya Federasiya Şurasının medalını təqdim edib.
//APA