backend

Deputat: “”Qış yuxusu”ndan ayılın, cənablar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq yay gəlib, “qış yuxusu”ndan ayılın. Boş-boş, mənasız-mənasız danışmaqla özünüzü gör bir hansı səviyyəyə salmısınız”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Elman Məmmədov söyləyib.
Onun sözlərinə görə, Azərbaycanda hər hansı narazılıq üçün heç bir əsas yoxdur:
“Ənənəvi, heç bir real dəstəyi və sosial elektoratı olmayan “müxalifət liderləri”nin Azərbaycanda hər hansı sosial narazılıq yaradacağı ilə bağlı fikirlər gülüncdür. Bu “ac toyuğun yuxuda darı görməsinə” bənzəyir. Adama sual verərlər ki, bunu necə edəcək və hansı üsullarla həyata keçirəcəksiniz?! Nə zamana qədər bu cür əsassız müzakirələrlə gündəmdə qalacaqsınız?! O ki qaldı Rusiyada başlanan etirazların Azərbaycana təsirinə, bu mümkün deyil. Birincisi Rusiyada baş verənlərin nədən qaynaqlandığı, hardan gəldiyi hər kəsə məlumdur. İkincisi də Azərbaycanda sabitlik ən yüksək səviyyədədir, vətəndaşlar dövlət rəhbərliyinin siyasətini dəstəkləyir. Daxildə heç bir sosial narazılıq yoxdur və ölkə əhalisi ənənəvi müxalifət liderlərini qəbul etmir. Heç bir halda onların arxasınca gedən deyil”.
Xatırladaq ki, Rusiyada Aleksey Navalnının başladığı etiraz aksiyaları Azərbaycanda da ciddi müzakirə olunur. Bu arada ənənəvi müxalifət liderləri ölkə mətbuatına müsahibələr verərək, Azərbaycanda da bu olayların təkrarlanacağını bildiriblər.
@ Editor.az