backend

İstanbulda otel yanğını — Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə saatlarında baş verən yanğında 3 nəfər həlak olub. Yanğın nərdivanı isə bağlı olub.
Fatih Çifte Gelinler prospektində “Skalion” otelində axşam saatlarında yanğın baş verib. İddiaya əsasən, otelin lobbisindəki çay qazanı dəhşətli səslə partlayıb. Partlayışdan sonra yanğın baş verib. Qısa müddətə üst mərtəbələr duman içində qalıb. Hadisə yerinə yanğındanmühafizə idarəsinin əməkdaşları cəlb edilib. Yanğın nəzarət altına alınıb və 35 nəfər təxliyyə edilib.
Yanğın səbəbindən oteldə kiçik partlayışlar baş verib. Hadisə şahidləri bildirir ki, otelin müştəriləri əsasən xaricilər olub. Yanğından sonra yanğınsöndürənlər alovu ram ediblər.
Yanğın söndürüldükdən sonra mərtbələrdə aparılan axtarış vaxtı 3 nəfərin meyiti tapılıb. Onlardan biri 21 yaşlı Fransada yaşayan türk qadın, 34 yaşlı Çili vətəndaşı və şəxsiyyəti müəyyənləşdirilməyən kişi meyitidir. Otelin 3 işçisi saxlanılıb. İstintaq davam edir.
//Editor.az