Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı,Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə “Muğam televiziya müsabiqəsi-2017″yekunlaşıb.6-cı “Muğam televiziya müsabiqəsi”ndə birinci yeri gənc xanəndə Pərviz Qasımov qazanıb.Xanəndə həm də “Tamaşaçı alqışı”mükafatına layiq görülüb.
Qeyd edək ki,Pərviz Qasımov Azərbaycan Dövlət Mədəniyyət Universitetinin musiqi sənəti fakültəsinin məzunudur.
Gənc xanəndənin Universitetdə müəllimi əməkdar artist,ustad xanəndə Ruzə İbişova olmuşdur. Tanışmış xanəndə-pedaqoq Ruzə xanım İbişovanı və gənc xanəndə Pərviz Qasımovu əlamətdar gün münasibətilə təbrik edir,fəaliyyətlərində uğurlar arzulayırıq.