Millət vəkili: İnsanların çoxu 65 yaşdan sonra da işləmək istəyirbackend

Millət vəkili: İnsanların çoxu 65 yaşdan sonra da işləmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin yaz sessiyasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər müzakirə olunacaq. 
Layihəyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq.
Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq.
Millət vəkili Musa Quliyev deyir ki, Azərbaycanda insanların əksəriyyəti 65 yaşa qədər, hətta ondan sonra da işləmək istəyir:
“Buna görə də pensiya yaşının 65-ə çatdırılması qərara alınıb. Dünyanın bir çox ölkələrində pensiya yaşı 65-dir”.
“İnsanların pensiyaya çıxması öz istəyindən, səhhətindən, bağladığı əmək müqaviləsindən asılı olacaq. Buna görə də hər il 6 ay artırılması çox doğru məsələdir. İnsanlar psixoloji cəhətdən bu işə hazırlanırlar. Bu, yaxşı düzəlişdir”, – deyə o bildirib.
///Sputnik Azərbaycan