backend

Prezident ona xalqa xidməti tapşırıb: Laçının başçısı isə – şok faktlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalqı dövlətdən narazı salan məmurlardan biri də Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlidir
 
Laçın rayonu qaçqın və məcburi koçkün bölgəsi olduğundan əhalinin problemləri digər rayonlarından fərqli və çoxdur.
A.Nəzərli Laçına rəhbərlik etdiyi vaxtdan ondan ancaq şikayətlər daxil olub. Bu şikayətlərin hər biri məmur laqeydliyi və özbaşınalığıdır.
İcra başçısı qaçqınların problemlərini dinləyib həll etmək üçün bu posta təyin olunub. Amma Laçın rayon rəhbəri özünü oliqarx kimi aparır.
Bu rayonun məcburi köçkünlərinin şikayəti isə daha çox sosial xarakterlidir. Elə gununsesi.info-ya müraciət edən Laçın rayonu, Vağazin kənd sakini, şəhid bacısı Hümbətova Bilqeyis Süleyman qızının şikayəti də, məhz bu konteksdədir.
Belə ki, Azərbaycan Respublikasının prezidentinə müraciət edən şəhid bacısı məmur özbaşınalığından yazıb: “Bildirirəm ki, mənim övladım Cənnət Cəllat oğlu Hümbətov Azərbaycan vətəndaşı, həmkəndlimiz Nailə Yaqub qızı Məhəmmədova ilə ailə həyatı qurub, iki övladları var. Övladım Cənnət Rusya vətəndaşıdır və onların rəsmi nikahı yoxdur. Onlar laçınlılar üçün nəzərdə tutulmuş Ağcabədi rayon Taxta-Körpü ərazisində yerləşən 552 saylı qəsəbədə 519 № -li qohum evində müvəqqəti yaşayırdı. Övladım Cənnət Hümbətov dəfələrlə Laçın rayon icra başçısına evsizliklə bağlı müraciət edib ki, artıq qohumum Ramiz Musayevlə birlikdə, onun evində yaşamaq çətinləşib. O icra başçısı Aqil Nəzərliyə bu haqda məlumat verib, bildirib ki, iki körpə övladı, həyat yoldaşı ilə küçədə yaşamağa məcbur qalacaq. Lakin bir neçə dəfə etdiyi müraciətə baxmayaraq, rayon rəhbərliyi oğlumun, gəlinimin və nəvələrimin sosial problemiylə nəinki maraqlanmadı, heç cavab belə vermədi”.
A.Nəzərli Laçın rayon idarə və müəssisələrində olan bütün dövlət qulluğu vəzifələrini hərraca çıxarıb
İxtisasından, diplomunun saxta olmasından, hərbi xidmətdə olmamasından asılı olmayaraq pulu olan istənilən şəxs pulunu verib vəzifə ala bilər.
Adi dövlət qulluqçusundan tutmuş, idarə və müəssisə rəhbərliyinə,icra başçısının müavin postuna kimi istənilən vəzifə pulla alınıb-satılır.
Bir çox hallarda da hazırkı idarə və müəssisə rəhbərləri və icra başçısının müavinləri tutduqları vəzifə ilə vidalaşacağını qabaqcadan başa düşüb,Aqil Nəzərlinin tələb etyi məbləği verməyə məcbur olublar.
Əhalinin yeganə çıxış yolu sizə və prezident administrasiyasının rəhbərinə yazılı müraciətlər gondərməkdir. Bu müraciətlər aidiyyatı üzrə prezident aparatında Laçın rayon ukratoru Ağaəli müəllimə verilir.
Ağaəli müəllim ayda bir dəfə vətəndaşlarla görüşmək adı altında Ağcəbədi rayon Taxta Körpü qəsəbəsinə gəlir.
Yerli sakinlərin müraciətində deyilir ki, Ağaəli müəllim rayona gəlməmişdən qabaq Laçın rayon İcra Hakimiyyəti tərəfindən onun şərəfinə elə bir ziyafət təşkil olunur ki, Ağaəli müəllimin vətəndaşlarla görüşə gəldiyi yadından çıxır.
//Ulus.Az