Qaradağın polis rəisi işdən çıxarıldı

16:58 | 7 Mart, 2017

Bakının rayonlarından birinin polis rəisi təqaüdə göndərilib.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Bakının Qaradağ rayon Polis İdarəsinin rəisi, polis polkovniki İntiqam Mirsalayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.
Onun yerinə hələlik təyinat yoxdur.
///APA-

Diaspora.az