backend

İcra başçısının AST Telmanın torpağında tikdiyi villa necə oldu? – Detallar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İcra başçısının AST Telmanın torpağında tikdiyi villa necə oldu?Sabirabadın icra başçısı Nazim İsmayılovun doğma rayonu Göyçayda oğluna tikdirdiyi villa hazırdır
Rayondan verilən xəbərə görə, Anar İsmayılov üçün inşa edilən malikanənin sənədləri ayrı şəxsin adına rəsmiləşdirilib.
İcra hakimi bu haqda tikinti başladığı dövrdə gedən məlumatları mediada ört-basdır etmək istəsə də, artıq iş işdən keçmişdi.
Ancaq sonra məsələ gündəmdən çıxdı. N.İsmayılov hesab etdi ki, unudulub. Bu günlərdə isə məlum olub ki, villanın tikintisi başa çatıb.
İcra başçısının oğlu üçün tikdirdiyi imarətin torpağı məhşur azərbaycanlı iş adamı, hazırda Rusiyada iflası elan olunan Telman İsmayılovun, (AST Telman), ata yurdunun yerləşdiyi torpaq olub.
Nazim İsmayılovun oğlu Anar İsmayılov üçün həmin torpaq sahəsini 70 min manata aldığı iddia olunur.
Ərazini başqa bir şəxs İsmayılovlardan aldıqdan sonra oradakı köhnə evi uçurub. Daha sonra isə baha qiymətə Nazim İsmayılovun oğluna və digər bir şəxsə satıb. Hazırda villa hazırdır.
Göyçayın yeni icra başçısı Mehdi Səlimzadə də həmkarının işinə müdaxilə etməyib.
Bildirək ki, Sabirabad icra başçısı Nazim İsmayılovun Göyçay rayonunda böyük mal-mülk sahələri, obyekləri mövcuddur.
Bu obyektlərdən ən böyüyü rayonin Heydər Əliyev prospekti 88-də yerləşən “Çinar Mehmanxana”sı, “Çinar” şadlqı evi və ətrafındakı bir neçə obyektdir.
Mənbəmiz iddia edir ki, Nazim İsmayılov və oğlu bu obyektlərin bu obyektlərin onlara məxsus olmadığını iddia edirlərsə, bu “başını kola soxan” dəvə məsələsinə oxşayar.
Qeyd edək ki, Göyçay şəhərində ən dəbdəbəli otellərdən biri olan “Çinar” otelin müasir srandartlara cavab verən bir obyektdir.
Ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri də Sabirabadın icra başçısı Nazim İsmayılov və ailə üzvləridir.
2001-ci ildən Göyçay, Şamaxı və Sabirabad rayonlarına başçılıq edən 64 yaşlı icra başçısı bu və digər yollarla topladığı milyonları özünün və ailəsinin lüks həyatına sərf edir.
Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri olan Nazim İsmayılov hər zaman övladları ilə bağlı gündəmdə olub. N.İsmayılovun oğlanlarının adı ən müxtəlif qalmaqallarda hallanıb.
Hələ 2014-cü ilin əvvəllərində Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğlunun qəza törətməsi haqda xəbər yayılmışdı. Məlumata görə, “hadisə Pambıq Zavodunun qarşısında baş verib.
Atasının xidməti 54 AA 001 nömrə nişanlı “Prado” avtomobilini idarə edən kiçik İsmayılov birdən-birə iki “VAZ 06” markalı avtomobili əzib.
Maşınlardan biri yararsız hala düşüb. Zədələnən “Jiquli”lərdə həmin vaxt adam olmayib.
//Ulus.Az