backend

Nazir Kəmaləddin Heydərov Cəlilabadda vətəndaşları qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyun 20-də Cəlilabad şəhərində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 19 iyun 2017-ci il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
 
//apa