backend

Gəncədə 3 saylı peşə liseyinin direktoru Fazil İsmayılovun başı dərddə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru FamilMustafayevin menyusuna
Məlumat üçün bildiririk ki, ölkəmizin təhsil sahəsinin nəzdində yeni bir qurum fəaliyyətə başlayıb. Bu qurum Peşə Təhsili üzrə Dövlət Agentliyi adlanır ki, adı çəkilən qurumun direktoru Famil Mustafayev adlı şəxsdir. Hazırda yerlərdə peşə təhsili ilə bağlı reformalar aparılır. Aparılan reformalarla əlaqədar olaraq maddi-texniki bazası çoxdan tükənmiş peşə liseylərində əsaslı təmirlər aparıldığından, onların maddi-texniki bazaları zənginləşdirilib. Bir sözlə, Gəncədə fəaliyyət göstərən bir çox peşə liseyi də əsaslı təmir olunmuş və maddi-texniki bazaları da zənginləşdirilməklə istifadəyə verilib. Əldə etdiyimiz məlumatda bu liseylərdən birində, yəni 1 saylı peşə liseyində sonuncu tamamlama işləri aparılır. Bir sözlə, bu işlər dövlət tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir. Görəsən kadr siyasəti belə bir diqqət və qayğının qarşılığında necə aparılır? Bu barədə bir az haşiyəyə çıxaraq fikrə getməli olacağıq.
Düşünməmizə səbəb isə 3 saylı Gəncə peşə liseyi direktorunun haqsız əməllərindən bezərək məhkəməyə müraciət edən laborant xanım və ona qarşı olan haqsızlıqların şahidi olan liseyin işçiləri oldu.
Məlumat üçün onu da bildiririk ki, “Gündəm Xəbər”ə müraciət edən və məhkəmə prosesini, ona qarşı göstərilən haqsızlıqların izlənməsini xahiş edən isə, elə direktorun haqsız əməllərinə qarşı çıxan və məhkəməyə müraciət edən kimya lobarotoriyasının laborantı Lalə Sahib qızı Əliyeva olmuşdu.
22.05 2017-ci il tarixə qədər, yəni sonuncusu olaraq 31.05 2017-ci il tarixdə baş tutan məhkəmə proseslərində çikayətçi Lalə Əliyeva onun adı gedən liseyə təyinatından sonra, əvvəldən işləyən işçilərə qarşı yad münasibət nümayiş etməyindən, direktor vəzifəsinə
təyin olunarkən mən pul verib keçmişəm, pulumu da çıxartmalıyam deyərək, bir çox işçilərə qarşı haqsızlıq etməsindən danışdı. Məhkəmədən kənarda öhdəsində azyaşlı uşaqları olan gənc xanıma qarşı göstərilən təzyiqləri dilinə gətirdikdə, onun haqlı olduğunu təsdiqləyən digər işçilər də ortaya çıxıb şikayətləndilər. Bundan sonra onlar bildirdilər ki, liseyə təyin olunandan sonar direktor bir çox vəzifə tutanlara qarşı kəskin mövqe tutmuş, hazırda liseydə kadr siyasəti bərbad haldadır, demokratiya diktatorluqla əvəz olunur. İşçilərin dediyinə görə Fazil İsmayılov işə təyin olunan kimi, ondan öncə liseyin direktoru işləmiş və yaş həddinə görə daşıdığı vəzifəsindən azad olunan direktora qarşı, az sonra onun gəlininə, daha sonra isə onun zamanında işə götürülənlərə qarşı kəskin mövqe tutaraq, onları minbir bəhanə ilə işlərindən uzaqlaşdırmış və özünün komandasını yaratmaqla məşğul olmuşdu. 13.03. 2017-ci il tarixdə yaxın qohununun dəfni ilə əlaqədar olaraq, işdən içazə alıb gedən Lalə xanımı ertəsi günü işinə qayıdarkən onun işdən azadolunması haqqında ƏM-nin 70-ci maddəsinin Ç bəndi ilə, elə həmin gün işdən azad olunmuşdur. Bu işdə işçiyə deyil, məhz Fazil Məmmədovun maraqlarına dəstək olmağı əsas vəzifəsi hesab edən və komanda üzvlərndən biri olan, lisey işçilərinin dediyinə görə heç bir səsvermə aparılmadan direktor tərəfindən seçilən HİK Pərvin Həsənova olmuşdu. Daha sonra məhkəmənin gedişində o məlum olmuşu ki, direktorun “köməkçilər”indən biri əvvəllər korrupsiya yol verilməsinə baxmayaraq, hazırda da bir ştat vahidi üzrə lisey direktoru olmasına baxmayaraq, GDU-da adı gedən Fazil İsmayılovun həmkarı, hansı ki, GDU-nun elmi katibi Teymur İsmayılovun oğlu İsmayıl İsmayılov idi. Məhkəmə zamanı o da məlum olmuşdu ki, həmin zaman, yəni Lalə Əliyevanın işdən azad olduğu zaman, kitabxanaçı kimi fəaliyyət göstərməsinə baxmayaraq “kadr siyasəti” kimi məsul işlərlə məşğul olan kitabxanaçı, sonda məhkəməyə gəlsə də söz sahibi olmadı. Daha sonra şahid qismində çıxış edən kadrlar şöbəsinin müdiri, əvvəllər “ADY” QSC-də korrupsiya qalmaqallarında adı hallanan lokomotiv deposun kadrlar şöbəsinin rəisi işləmiş Səbuhi Həsəncanov olmuşdu. O öz növbəsində bildirmişdi ki, L.Əliyevanın işdən azad olmasını o, HİK-nin sədri ilə birgə müzakirə etmiş və sonda sənədlərdən də məlum olmuşdu ki, işçi içazə alıb yas mərasiminə gedən günün səhərisi işdən azad olmuşdur.
Heç bir izahata, izaha əsaslanmadan ƏM-nin tələblərini kobudcasına pozulduğunu görən L.Əliyeva, məhkəmədən öncə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən qanunsuz azad olunduğunu görən işçi dəfələrlə 21 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Xaqani Səfərova müraciət etsə də, Xaqani müəllim onun işdən azad olunmasının əsassız olmasını desə də, işə bərpa olunmasına kömək etmədiyindən, sonda o, məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Lalə Əliyeva işdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə qanunsuz işindən çıxarılması və işə bərpa olunması üçün, Gəncə şəhər Nizami rayon Məhkəməsinə müraciət etməli olur. Direktor Fazil İsmayılov onun məhkəməyə müraciət etməsini bilir və bununla bağlı liseydə iclas keçirərək “Lalə məhkəməyə müraciət edib, o, saman çöpündən yapışır, mən 1000 manat verib məhkəmədə udacağam” deyir.
Birinci məhkəmə prosesindən sonra növbəti proseslərdə məhkəmə nə özünün, nə də direktorların, şahidlərin iştirak etmədiyini dəfələrlə gözlədikdən sonra ədalətli qərar çıxarır. Belə ki, məlum olur ki, məhkəmə heç də Fazil İsmayılov dediyi kimi saman çöpü deyilmiş. Proses zamanı liseyin işçilərindən lisey direktorunu soruşduqda işçi şahidlər onun işdə olduğunu desələr də, sonradan məlum olur ki, məhkəmə keçirilən gün, yəni 30 .05. 2016-cı il tarixdə işçilərin liseydə olduğunu deyən şahidlərin danışdıqlarından məlum oldu ki, işdə olan Fazil İsmayılov məhkəməyə 6 nömrəli şəhər polikliniksından arayış təqdim edərək xəstə olduğunu bəhanə gətirmiş və sona qədər prosesdə iştirak etməkdən “vaz” keçmişdi.
Əksinə ədalət keşiyində duran Gəncə şəhər Nizami rayon Məhkəməsinin gənc hakimi Akif Məhərrəm oğlu Eyvazovun sədrliyi ilə keçirilən məhkəmə prosesində çıxarılan ədalətli məhkəmə qərarından sonra, məhkəmənin, ədalətin bariz nümunəsi olaraq təsdiqini tapması, məhkəmədə iştirak edənlərdə ədalətə, dövlətə inamı daha da gücləndirdi.
 
//GundemXeber.az