backend

WhatsApp mesajları izlənəcək – YENİ QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

WhatsApp mesajlarına nəzarət ediləcək.
 
Almaniya Daxili İşlər Nazirliyinin iclasında terrorla mübarizə aparmaq üçün belə bir qərar qəbul edilib.
Belə ki, Almaniya Təhlükəsizlik qurumları telefon danışıqları və qısa mesajlar kimi, WhatsApp yazışmalarını da izləyəcək.
Yığıncaqda qəbul edilib ki, cinayətlərin təqimi mövzusunda qanuni boşluq olması qəbul edilə bilməz. Almaniya daxili işlər naziri Tomas de Maizere təhlükəsizliyin texniki və hüquqi baxımdan təmin edilməsinin vacibliyinə diqqət çəkib.
Lakin bu tənzimləməyə qarşı çıxanlar da az deyil. Onlar təhlükəsizliyin təminatı üçün Vatsap mesajlarının izlənməsini mənazsız hesab edir.
//publika.az