Kirayə qaldığı evdə özünü asdı

10:26 | 17 İyun, 2017

Abşeron rayonunda 47 yaşlı kişi kirayə yaşadığı evdə özünü asıb.
Editor.Az report-a istinadən xəbər verir ki, Ağcabədi rayon sakini, 1972-ci il təvəllüdlü Ağayev Əli Süleyman oğlu özünü iplə asaraq intihar edib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.