Nursultan Nazarbayev gələn ay Azərbaycana səfər edəcəkbackend

Nursultan Nazarbayev gələn ay Azərbaycana səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn ay Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər edəcək.
Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatiya Akademiyasında çıxış edərkən deyib.
Azərbaycan-Qazaxıstan münasibətlərinin səviyyəsi ilə bağlı sualı cavablandıran E. Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: “Qazaxıstanla münasibətlərimizi ən yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirik. Fürsətdən istifadə edib, Qazaxıstanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibəti ilə təbrik edirəm”.
//APA