Deputat anons verdi: Gənc kadrların vəzifə təyinatları davam edəcək

14:25 | 19 İyun, 2017

“Gənclərin yüksək dövlət vəzifələrinə təyinatı çox mühüm hadisədir. Bu ölkəmizdə idarəetmə sisteminin daha da güclənməsinə və şəffaflaşmasına imkan yaradacaq”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə söyləyib.
Onun sözlərinə görə, gənclərin dövlət idarəçiliyinə gəlişi bundan sonra da davam edəcək:
“Əslində bu çox mütərəqqi və olduqca zəruri bir haldır. Son dövrlər biz onlarla gənc kadrın yüksək vəzifələrə təyin olunmasına şahidlik etdik. Görünən budur ki, proses bundan sonra da davam edəcək. İstər xaricdə təhsil alan, istərsə də Azərbaycanda yetişmiş gənclər bundan sonra da yüksək vəzifələrdə təmsil olunacaqlar. Mən buna əminəm və inanıram ki, Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət bütün sahələri əhatə edəcək”.
// Editor.az