backend

Deputat: “Mehriban Əliyevanın dövlət rəhbərliyinə gətirilməsi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ciddi hadisədir. Mehriban xanım indiyə qədərki fəaliyyəti ilə Azərbaycanın haqq səsinin beynəlxalq miqyasda eşidilməsi, ölkə vətəndaşlarının riffah halının yüksəlməsi üçün çox işlər görüb”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov söyləyib.
Onun sözlərinə görə, Mehriban Əliyevanın ölkənin ikinci şəxsi kimi fəaliyyəti dövlət idarəçilik sisteminə yeniliklər gətirəcək:
“Mehriban xanım hələ ictimai fəaliyyətlə məşğul olduğu dövrlərdə sözün əsl mənasında böyük işlər görməyi bacardı. Qısa müddətə ölkə vətəndaşlarının sevimlisinə, hamisinə çevrildi. O, hər bir Azərbaycan vətəndaşının problemini öz problemi, qayğısını öz qayğısı kimi qəbul edir. Hesab edirəm ki, onun yüksək dövlət vəzifəsinə təyinatı ölkə vətəndaşlarının qarşısında böyük imkanlar açacaq”.
// Editor.az