Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdürbackend

Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub.
1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur.
Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur.
Qeyd edək ki, bu il yanvar ayının əvvəlinə Azərbaycan əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 918,8 min nəfərini qadınlar təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il doğulan 159,5 min körpənin 46,8 faizini qız uşaqları təşkil edib. Qadınların 54,8 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 20 uşaq gətirir.
Hazırda ölkədə 18 doğum evi, 137 qadın məsləhətxanası, 250 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faizdir.
Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 78,1 faizi, orta ixtisas təhsil müəssisələrində 76,1 faizi, ali təhsil müəssisələrində 51,9 faizi, həkimlərin isə 64,9 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,5 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,3 faizi qızlardır.
Elmin inkişafında da qadınların müstəsna rolu vardır. Elmi işçilərin 53,3 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 2,2 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 4-ü, müxbir üzvlərindən isə 14-ü qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,7 faiz, sahibkarlar arasında isə 20,9 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,2 faizi qadınlardır.
Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 16,8 faizə çatıb.
İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilən qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35,0 faiz olub. Bu göstərici ilk bələdiyyə seçkilərində 4,0 faiz təşkil edib.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2016-cı ildə 6,5 faizədək artıb.
//Report