Səfir: “Hindistan energetika sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir”backend

Səfir: “Hindistan energetika sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın neft şirkətləri Azərbaycanın neft-qaz sektorunda fəaliyyətini genişləndirmək niyyətindədir.

Bunu Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Diplomat xatırladıb ki, Hindistanın iri neft-qaz şirkəti “Oil and Natural Gas Corporation” “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağında 2,31 faiz paya malikdir:

“Hindistanın bu sektorda yaxşı potensialı var. Bizim şirkətlərimiz Azərbaycanın digər neft-qaz layihələrinin inkişafında iştirak etmək niyyətindədir”.

S.Rana qeyd edib ki, əczaçılıq, turizm və digər sahələrdə əməkdaşlıq üçün də böyük potensial mövcuddur.

Səfirin sözlərinə görə, ölkələr arasında iqtisadi münasibətlər ildən-ilə möhkəmlənir:

“İkitərəfli ticarət hər il artır. Biz ümid edirik ki, iqtisadi əməkdaşlığımız yaxın illərdə daha da genişlənəcək”.

//Trend