“Hökumət aylarla bağlı qala bilər” – Tramp hədələdibackend

“Hökumət aylarla bağlı qala bilər” – Tramp hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Meksika sərhədinə divarın hörülməsi üçün vəsait ayrılmazsa, büdcə böhranı davam edəcək və ABŞ hökuməti aylarla qapalı qala bilər”.

Bunu ABŞ prezidenti Donald Tramp Konqresin aparıcı nümayəndələri ilə görüşündən sonra deyib.

Nyu-Yorkun senatoru, demokrat Chuck Schumer deyib ki, Tramp hökumətin aylarla, hətta illərlə qapalı qala biləcəyini söyləyib. Bu sözləri Trampa xatırlatdıqda “Bəli, bu sözləri demişəm. O qədər uzun olacağını zənn etmirəm, amma, buna hazıram” cavabını verib.

Donald Tramp bildirib ki, Meksika sərhədindən ABŞ-a cinayətkarlar, insan tacirləri qeyri-qanuni yollarla daxil olur: “Bu, ciddi milli təhlükəsizlik məsələsidir. Oyun oynamırıq, bunu etmək məcburiyyətindəyik”.

Qeyd edək ki, Konqres müvəqqəti büdcədə divar üçün Trampın istədiyi vəsaiti ayırmayıb. Buna görə başlayan böhran müvəqqəti büdcənin təsdiq olunmamasına və hökumətin qismən bağlanmasına yol açıb. Hökumətin qismən bağlanmasından 14 gün keçməsinə baxmayaraq hələ də Ağ Ev ilə Konqresdəki demokratlar arasında razılıq əldə olunmayıb.

Xatırladaq ki, Tramp Meksika sərhədinə hörülən divarın poladdan olacağını deyib.

//Sputnik Azərbaycan