backend

Nazirin qardaşı məhkəməyə gətiriləcək – Dələduzluq işi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesə sədrlik edən hakim Şəkər Məmmədova bildirib ki, zərərçəkmiş Əlikram Camalov prosesə gəlməyib, məhkəmədə onun nümayəndəsi İmaməli Əsgərov iştirak edir.
Təqsirləndirilən S.Nəbiyevin vəkili Ceyhun Yusifov isə buna etiraz edərək Ə.Camalovun özünün prosesdə iştirak etməsinin təmin edilməsi barədə vəsatət verib.
Ş. Məmmədova isə qeyd edib ki, Ə.Camalov məhkəməyə təqdim etdiyi ərizədə hüquqlarını nümayəndəsinə etibar edib və işə özünün iştirakı olmadan baxılmasını istəyib.
Məhkəmə Kollegiyası vəkilin vəsatətini təmin edib. Zərərçəkmiş Ə. Camalovun məhkəmənin növbəti iclasında iştirakı haqqında qərar çıxarılıb.
Sonra prokuror ittiham aktını elan edib.
S.Nəbiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Hakim S. Nəbiyevə ifadə verməyi təklif edib. Lakin təqsirləndirilən şəxs zərərçəkmiş Ə. Camalov prosesə gələnə qədər ifadə verməyəcəyini bildirib.
Buna görə proses iyunun 23-dək təxirə salınıb.
İttihama görə, 2015-ci ildə S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklif edərək, ondan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına investisiya qoymasını istəyib. Əvəzində isə qazancın yarısını Ə. Camalova verəcəyini vəd edib. Ə.Camalov razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. S.Nəbiyev isə vəsaiti mənimsəyərək Ə. Camalova pulu qaytarmayıb. Bundan sonra Ə. Camalov polisə müraciət edib. Təqsirləndirilən S.Nəbiyevə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb və unun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Zərərçəkmiş Əlikram Camalov kəndli fermer təsərrüfatının təsisçisi və müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.

///APA