Cazibədar türk modeldən inanılmaz etiraf: “Böyük və yaşıl gözlərimdən utanırdım”-FOTO/VİDEObackend

Cazibədar türk modeldən inanılmaz etiraf: “Böyük və yaşıl gözlərimdən utanırdım”-FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin tanınmış gənc model-səyahətçisi Nur Korkmaz Azərbaycana səfərə hazırlaşır. Dünyanın onlarla ölkəsini gəzərək çəkdirdiyi fotolarla izləyicilərinin gözlərini qamaşdıran cazibədar modelin növbəti səfəri qarşıdakı aylarda Bakıya olacaq. Bu barədə Editor.az-a özəl açıqlama verən Nur Korkmaz qeyd edib ki, o, Azərbaycana tanınmış sənətçi və müğənni dostlarının dəvəti ilə gələcək:

“Mən qardaş ölkə Azərbaycanı çox sevirəm. Azərbaycandan da mənim çoxlu izləyicilərim var. Bakıda yaşayan dəyərli sənətçi və blogger dostlarımın dəvəti ilə sizin gözəl şəhərinizə səfərə gələcəm. Sosial mediada mənim izləyicilərimin böyük əksəriyyəti səyahəti sevən gənclərdir. İstəyirəm ki, Bakının gözəlliyini əks etdirən çoxlu fotolar çəkdirim”.

Türkiyədə universitetin siyasət ixtisasından məzun olan cazibədar model bu sahəyə gəlişinin maraqlı tarixindən də danışdı: “Mən siyasət fakültəsindən məzunam. Lakin, 13 yaşımdan modelliyə, səyahət etməyə böyük maraq hiss edirəm. Məktəb illərində mən böyük və yaşıl olan gözlərimdən utanırdım, kompleks keçirirdim. Ancaq sonradan həyatımı dəyişdirən məhz gözlərim oldu”.

Yaponiyanın paytaxtı Tokiada yaşadığı dönəmdə tam bir təsadüf nəticəsində texnologiya sahəsində zirvədə olan bir şirkətin siması olan Nur Korkmaz, sonradan 177 sm boyu və zərif görünüşü ilə tanınmış Amerika markalarının da diqqətini çəkib. Amerikanın CHİ adlı şampun markasının siması olan cazibədar modelin sosial mediada əsasən gəncləri əhatə edən böyük və aktiv izləyici kütləsi var. ( instagram.com/nurkorkmazz_ )

“Azərbaycan mənə doğma ölkədir. Buradan müxtəlif markalardan və ya qurumlardan təkliflər olarsa məmnuniyyətlə dəyərləndirməyə hazıram”-deyə model-səyahətçi deyib deyib.