Ueyn Runi həbs olundu

12:27 | 7 Yanvar, 2019

Britaniyanın ən məşhur futbolçularından biri, ABŞ-ın paytaxtı Vaşinqtonun “DC Yunayted” klubunun forvardı Ueyn Runi həbs olunub.

Laudon Kauntinin şerif departamentinin qərarı əsasında 33 yaşlı futbolçu spirtli içki içərək maşın sürməkdə və ictimai yerdə söyüş söyərək xuliqanlıq etməkdə ittiham olunub.

Olay ötən ilin dekabrın 16-da baş vermişdi və futbolçu da cərimələnmişdi. U.Runi yanvarın 4-də 116 dollar məbləğində cərimə ödəyib.

Lakin Vaşinqtondakı Dalles aeroportunun rəhbərliyinin təkrar şikayəti əsasında işə yenidən baxılıb. Səbəb Runinin dekabrın 16-da aeroportda söyüş söyməsidir.

U.Runinin vəkili isə bəyan edib ki, müvəkkilinin Dalles aeroportunda yolverilməz davranışının obyektiv səbəbləri var: “Səudiyyə Ərəbistanından qayıdarkən uçuş zamanı Runi bir neçə yuxu dərmanı həbi qəbul edib, sonra da spirtli içki içib. Bu səbəbdən o, aeroportda anlaqlı vəziyyətdə deyildi. Ueyn Runiyə tamamilə haqlı olaraq cərimə yazılıb və o, cəriməni ödədikdən sonra aeroprtda azad olunub. İnsident də bununla bitib”.

//Milli.Az