Eldəniz Səlimov: “Ermənistanda siyasi və iqtisadi böhran baş verir” RƏYbackend

Eldəniz Səlimov: “Ermənistanda siyasi və iqtisadi böhran baş verir” RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın son 30 il ərzində hakimiyyətdə olan rəhbərləri həmişə işğal olunmuş torpaqlarımız geri qaytarılmasının əleyhinə olublar”. Bunu açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, çünki onlar havadarlarına güvənirdilər: “Son vaxtlar Rusiya mətbuatı və Rusiyanın tanınmış siyasətçiləri 2019-cı ili Azərbaycan üçün uğurlu il hesab edirlər. Mövcud vəziyyəti təhlil etməklə işğal altında olan torpaqlardan yeddi rayonun azad ediləcəyini bildirirlər. Bu barədə Rusiya mətbuatı və informasiya vasitələrində geniş məlumat verilir. Son zamanlar Ermənistanda baş verən siyasi və iqtisadi böhran Ermənistanda çevrilişə səbəb oldu. Bu çevrilişdən Erməni xalqı çox şey gözləyirdi və çevrilişdən sonrada Ermənistanda iqtisadi böhran daha da geniş vüsət almışdır. Paşinyanın Rusiyaya səfəri və Rusiyadan yardım istəməsi bu kimi halların davam etməsinin sübutudur. Paşinyanın havadarları ona təzyiq göstərsələr bu məsələnin həllinə nail olmaq olar. Paşinyanın mövqesizliyi nəticəsində sülh qərarına münasibətin müsbət rəyin olmasını sual altına qoyur. Zaman keçdikcə bu məsələlərin həllini tapacağına inanırıq”.

//SİA