Gürcüstanda təcili tibbi yardım maşını azərbaycanlıları vurub: ölən və yaralananlar varbackend

Gürcüstanda təcili tibbi yardım maşını azərbaycanlıları vurub: ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisidə təcili tibbi yardım maşını Çavçavadze prospektində işçiləri vurub. Sputnik Gürcüstan “Rustavi2” telekanalına istinadən xəbər verir ki, qəza nəticəsində xəsarət alanların azərbaycanlılar olduğu bildirilir.

Qəza nəticəsində 12 nəfər yaralanıb, onlardan biri ölüb. Xəsarət alanlar arasında həm işçilər, həm də təcili tibbi yardımın personalı da var.

İlkin ehtimallara görə, sürücü sükan arxasında yatıb, maşın yolun hərəkət hissəsindən çıxaraq işçiləri vurub. İnsident işçilərin tikilən obyektin qarşısında toplaşdığı vaxt baş verib. Təcili tibbi yardım maşını xəstə aparırmış.

Faktla bağlı cinayət işi başladılıb. Sürücü 4 -7 il müddəinə azadlıqdan məhrum edilə bilər.

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşını ağır qəza törədib.

səhər saatlarında avtomobil prospektdə tikinti ərazisində yerləşən və tikintidə çalışan işçilərin olduğu köşkə çırpılıb.

Nəticədə bir nəfər ölüb, 12 nəfər yaralanıb. Xəsarət alanların təcili tibbi yardım briqadasının üzvləri və Azərbaycan vətəndaşları və ya yerli azərbaycanlıların olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır olduğundan əməliyyat olunub.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb.

Azərbaycanın Gürcüstandakı səfirliyindən report-a bildirilib ki, qəza nəticəsində xəsarət alanların arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə hələlik məlumat daxil olmayıb.

Tikinti şirkətinin təhlükəsizlik üzrə meneceri Rati Tskitişvili isə jurnalistlərə bildirib ki, qəza zamanı xəsarət alanlar Gürcüstan vətəndaşlarıdır.

//report