Əsədin Türkiyə ilə bağlı ŞOK VƏDİ: PKK ilə gizli toplantının detalları MƏLUM OLDUbackend

Əsədin Türkiyə ilə bağlı ŞOK VƏDİ: PKK ilə gizli toplantının detalları MƏLUM OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın “Suriyadan çəkilirik” qərarından sonra PKK terror təşkilatı Dəməşq ilə görüşləri intensivləşdirib.

təşkilat Bəşər Əsədin nümayəndələri ilə son görüşünü yanvarın 6-da Rakka şəhərində keçirib.

Məlumata görə, Suriya kəşfiyyatı “El-Muhaberat”ın başçısı Əli Məmlükün rəhbərlik etdiyi heyət Rakkaya gələrək PKK liderləri ilə terrorçuların nəzarətində olan bölgələrin Dəməşqə təslimi barədə müzakirələr aparıb. Nəşrin iddiasına görə, Əli Məmlük Dəməşqin Münbiç və Qamışlıdan Cerablus sərhədinə qədər olan bölgəni təhvil almağa hazır olduğunu söyləyib və aşağıdakı şərtləri irəli sürüb.

– PKK üzvləri bütün silahlarını Dəməşq hakimiyyətinə təhvil versin.

– Hərbi xidmət yaşına çatanlar Suriya ordusuna qatılsın.

– Təhvil-təslim sonrası yüksək vəzifəli PKK üzvlərinə vəzifələr verilə bilər.

– Bu şərtlər qəbul ediləcəyi halda, Qamışlı, Ayn əl-Arab, Ayn İsa və Rəsulayn başda olmaqla, bütün bölgələrə Suriya ordusu hərəkət edəcək.

Görüşdə iştirak edən PKK qanadı isə rejim nümayəndələrinə aşağıdakı şərtləri təqdim edib:

– Mərkəzi Qamışlı olmaqla, muxtar bölgə tələbinin qəbul edilsin.

– İran, İraq və Türkiyə kimi qonşu ölkələrdən təşkilata qatılanlara vətəndaşlıq və Suriya pasportunun verilsin.

– Rakka, Deyr-ez-Zor və Tel Abyadı tərk edilməsi mövzusunda hər hansı bir problem olmayacaq, ancaq Hasekedə hasil edilən neft və təbii qazdan pay verilsin.

Təxminən 8 saatdan çox davam edən müzakirələrdən sonra PKK qərar vermək üçün vaxt istəyib. “El Muhaberat”ın şefi PKK-nın şərtləri qəbul edəcəyi halda, Suriyanın yeni Konstitusiyasında kürdlərə bəzi müstəsna hüquqların veriləcəyini vəd edib, həmçinin Rusiyanın da Türkiyəni “işğal altındakı ərazilər”in rejimə təhvil verilməsi mövzusunda razı sala biləcəyini bildirib.

//Publika.az