Çavuşoğlu: “ABŞ-a öz qoşunlarını Suriyadan çıxartmaq çətin gəlir”backend

Çavuşoğlu: “ABŞ-a öz qoşunlarını Suriyadan çıxartmaq çətin gəlir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın PKK-nın Suriya qanadı olan PYD/YPG ilə elə yaxın əlaqəsi var ki, indi Vaşinqtona öz qoşunlarını Suriyanın şimal ərazilərindən çıxartmaq çətin gəlir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Türkiyənin Suriyanın şimalında yeni antiterror əməliyyatına başlamaq niyyətində olduğu bütün dünyaya məlumdur.

M.Çavuşoğlu qeyd edib ki, rəsmi Ankara Türkiyənin milli təhlükəsizliyi məsələsində heç kimə güzəştə getməyəcək.

Xatırladaq ki, ötən il dekabrın 12-də prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin yaxın günlərdə Suriyanın şimalında PYD/YPG terrorçularına qarşı yeni hərbi əməliyyata başlayacağını bəyan etmişdi.

//Trend