“Cümhuriyyətin ilk elçiləri” layihəsinin ilk tədbiri keçirilibbackend

“Cümhuriyyətin ilk elçiləri” layihəsinin ilk tədbiri keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çəçivəsində qalib olmuş “Cümhuriyyətin ilk elçiləri” layihəsinin ilk tədbiri Qərbi Kasbi Universitetində həyata keçirilmişdir.

Tədbirdə açılış sözü ilə çıxış edən дayihə rəhbəri Əfqan Baxşəliyev layihə haqqında tələbələrə və qonaqlara məlumat verərək bildirmişdir ki, layihənin əsas məqsədi, Cümhuriyyətin elçiləri haqqında ətraflı və geniş məlumatları tələbələrə və gənclərə çatdırmaq, Cümhuriyyət tarixini tələbələrə və gənclərə daha yaxından tanıdılması, Cümhuriyyətimiz rəsmi üzü olan diplomatlarımız haqqında gənclərin maarifləndirilməsi, “Cümhuriyyətin 100 ili” ilə bağlı tədbirlərə öz töhvəmizi verməkdir: “2018 – ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2018 – ci il “Cümhuriyyət ili” elan olunmuşdur. AXC – nin yaranmasından ötən 100 il ərzində dünya siyasətində ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, beynəlxalq münasibətlər sistemində demokratik meylləri güclənmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ilk diplomatik addımlarının hazırlanıb həyata keçirilməsində Azərbaycanın tanınmış dövlət və siyasi xadimlərindən M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.X.Xoyski, M.H.Hacınski, M.Y,Cəfərov və Cümhuriyyətin digər qurucuları yaxından iştirak etmişlər. Cümhuriyyətimizi beynəlxalq aləmdə tanınması AXC – nin ilk Elçilərinə nəsib olmuşdur”.

Daha sonra “Paris sülh konfransında iştirak etmiş nümayəndə heyəti” və “Azərbaycan Xalq Cümhuriyyətinin ilk səfirləri” mövzusunda Qərbi Kasbi Universitetinin müəllimi, politoloq Fikrət Sadıqov, tarix üzrə fəlsəfə doktoru Arif Əlizadənin və digər müəllim, tələbələrin çıxışları olmuşdur.

Layihə rəhbəri tədbirin bağlanışını Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin sözləri ilə tamamlamışdır “Bir kərə yüksələn bayraq bir daha enməz” .

Layihə rəhbəri Əfqan Baxşəliyev layihənin keçirilməsində dəstək olan, əməyi keçən hər kəsə öz minnətdarlığını bildirmişdir.