backend

“Ölkəni gənclər idarə edəcək” – Kamilə Əliyeva

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün zamanlarda belə olub, indi də belədir. Bizlər yaşlandıqca yerimizi gənclərə veririk. Çünki gənclər daha enerjili və daha məhsuldar olurlar”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva son dövrlər bəzi gənclərin yüksək dövlət vəzifələrinə təyinatından danışarkən belə deyib.
Onun sözlərinə görə, gənclərin yüksək dövlət vəzifələrinə təyinatı gözlənilən idi:
“Cənab Prezident İlham Əliyev və I vitse-prezident Mehriban xanlm Əliyeva ölkə gəncliyinə daim dost münasibətində olublar. Mehriban xanımın I vitse-prezident təyinatından sonra gənc kadrların yüksək dövlət vəzifələrinə təyinatı bu xüsusda təsadüfi sayıla bilməz. Çünki gənclər bizim gələcəyimizdir, ölkəni onlar idarə edəcəklər. Hesab edirəm ki, son təyinatlar, başda Mehriban Əliyevanın I vitse-prezident təyinatı olmaqla, ölkəmizin qarşısında böyük imkanlar açacaq. Vətəndaşlarımızın rifah halının yüksəlməsinə və Azərbaycanın haqq səsinin beynəlxalq miqyasda yayılmasına tövhə verəcək. İdarəetməyə yeni nəfəs gətirəcək, daha çevik və dinamik idarə sisteminin əsasını qoyacaq. Bir millət vəkili və elm xadimi olaraq Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən son islahatları alqışlayır və dəstəkləyirəm”.
// Editor.az