Qəzada ölənlərin 2-si 10-cu sinifdə oxuyurmuş…backend

Qəzada ölənlərin 2-si 10-cu sinifdə oxuyurmuş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində baş vermiş qəzada ölənlərin ikisinin kimliyi məlum olub.
Editor.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində Qasımov Coşqun Kamil oğlu və Abasov Zakir Eldəniz oğlu dünyasını dəyişib. Onların xalaoğlu olduqları və 10-cu sinifdə oxuduqları bildirilib.
Qasımov Coşqun Boks üzrə Respublika çempionudur.
Yaralı Ramin Əlfəddin oğlu Seydəhmədovun vəziyyəti ağırdır.
***
Qəzada həlak olan 3-cü şəxsin də kimliyi müəyyən edilib. O, Xaçmaz sakini, 32 yaşlı Nahid Tarıverdiyevdir.
Qeyd edək ki, bu gün səhər saatlarında baş verən qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.