Azərbaycanda körpə doğuş zamanı öldübackend

Azərbaycanda körpə doğuş zamanı öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə doğuş zaman körpə ölüb.

Editor.az oxu.az-a istinadən bildirir ki, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində baş verib.

1993-cü il təvəllüdlü Aysel Elçin qızı Məhərrəmli xəstəxanada müayinədə olan zaman həkim bildirib ki, uşağın ürək döyüntüsü zəifdir. Daha sonra qadın qeysəriyyə əməliyyatı edilib.

Həkimlərin səyinə baxmayaraq, körpə qadının bətnindən ölmüş vəziyyətdə çıxarılıb.

Ölən körpə oğlan uşağıdır.

Hazırda məsələ ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.