backend

“Gənc ailələrdə ailədaxili münasibətlər, milli-mənəvi dəyərlər və müasirlik!” konfransı keçirilmişdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin və Narınc Uşaq Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Xaçmaz rayonunda aidiyyatı dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə “Gənc ailələrdə ailədaxili münasibətlər, milli-mənəvi dəyərlər və müasirlik!” adlı konfrans keçirilmişdir.
Konfransın keçirilməsində əsas məqsəd, gənc ailələrdə ailədaxili münasibətlər, ailələrdə milli-mənəvi dəyərlərin qorunması, müasirliyin ailələrə gətirdiyi mənfi və müsbət təsirlərin müzakirə edilərək, həlli yollarının araşdırılmasıdır.
Konfransı giriş sözü ilə Xaçmaz rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Məsimova açaraq, konfransın əhəmiyyətindən danışmış və gənc ailələrdəki problemlərin həllində ictimaiyyətin rolundan söz açmışdır. Daha sonra Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin sədri Tünzalə Cavadova da bildirmişdir ki, ailədaxili münasibətlərin sağlam peadqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Ailədaxili münasibətlər əsasən ata və ananın ailədəki rolu və münasibəti ilə şərtlənir. Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova: “Ailədaxili münasibətlər kontekstində valideyn-uşaq münasibətləri tarixən milli xüsusiyyətlərin tələblərinə uyğun olaraq, eyni zamanda valideynlərin özlərinin düçüncə tərzinə, fərdi xüsusiyyətlərinə uyğun əsaslar üzərində qurulur. Uşaqların şəxsiyyətinin formalaşmasında və psixi inkişafında aparıcı rol oynayan ünsiyyət tələbatı da məhz bu münasibətlərin gedişində bu və ya digər dərəcədə ödənilir, düzgün münasibət sağlam, formalaşmış gələcəyə yol açır. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi vaxtlarda ailədaxili münasibətlərin nizamsızlığı uşaqların taleyində neqativ izlər buraxır. Bu münasibətlər həm ailənin möhkəmliyinə, həm də uşaqların tərbiyəsinə xüsusi təsir göstərir. Cıxış edən digər natiqlər Xaçmaz rayon Ailələrə Dəstək Mərkəzinin rəhbəri Lalə Rəhmətullayeva, Reabilitasiya və Bərpa Mərkəzinin rəhbəri Kəmalə Əliyeva, rayon tarix-diyarşünaslıq mərkəzinin direktoru Pakizə Nağıyeva da gənc ailələrin üzləşdikləri çətinliklərdən və milli-mənəvi dəyərlərimizin qorunmasında ailələrin rolundan söz açdılar. Tədbirin sonunda əqli, psixoloji və nitq qüsurlu uşaqlar Narınc Uşaq Psixologiya Mərkəzinin həkim-psixoloq və loqopedləri tərəfindən pulsuz həkim müayinəsi keçirildi. Həkim müayinəsinə Xaçmaz rayonunda və ətraf kəndlərində yaşayan əqli, psixoloji, nitq problemləri olan uşaqlar qatılmışdılar.
Maraqla qarşılanan tədbirin gələcəkdə digər rayonlarda da keçirilməsi planlaşdırılır.