Belarus və Rusiya birləşir? – Lukaşenkonun cavabı

16:06 | 10 Yanvar, 2019

Belarus və Rusiyanın vahid dövlətdə birləşməyi məsələsi gündəmdə deyil.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko hökumətin iclası zamanı deyib.

A.Lukaşenko bildirib ki, bu məsələ Rusiya prezidenti Vladimir Putinlə də müzakirə olunub: “Biz Rusiya prezident ilə birmənalı şəkildə müəyyələşdirdik ki, Belarus və Rusiyanın birləşməsi məsələsi gündəmdə yoxdur”.

Belarus prezidenti əlavə edib ki, iki dövlətin ittifaqı yalınız bərabərhüquqlu əsasda inkişaf edə bilər.

//Trend