Yəməndə hərbi parada hücum olub: 6 hərbçi ölüb, 20-si yaralanıb

17:20 | 10 Yanvar, 2019

Yəmənin Lahic şəhərindəki Əl-Aned hərbi bazasında paradın pilotsuz uçan aparatla (PUA) vurulması nəticəsində 6 hərbçi ölüb, 20-yə yaxın hərbçi isə yaralanıb.

Bu məlumatı “Sky News Arabia” telekanalı yayıb.

Bildirilib ki, yaralananlar arasında Lahic əyalətinin qubernatoru Əhməd Abdulla ət-Turki və 4-cü hərbi dairənin komandanı general-mayor Məhəmməd Saleh Tammah, paradı işıqlandıran jurnalistlər də var.

Parada hücumu qiyamçı husilər edib.

Yəmənin cənubundakı Lahc əyalətində baş vermiş hücum nəticəsində 5 hərbçi həlak olub.

hücum husi üsyançılarına məxsus pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib.

Qeyd olunur ki, hücum zamanı əl-Anad hərbi bazasında hərbi parad keçirilirmiş.

Hücum nəticəsində bir neçə hərbçi və məmur, o cümlədən Yəmən Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, hərbi kəşfiyyat rəhbəri, hərbi polis rəisi və əyalət qubernatoru yaralanıb.

//report