backend

"Verdiyim pulu istəyirəm" – Tağı Əhmədov Çovdarovun məhkəməsində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmədə şahid kimi ifadə verərkən istintaqa verdiyi ifadəsini təkrarlayıb.
Prosesdən çıxan zərərçəkənlər jurnalistlərə açıqlamasında qeyd ediblər ki, o, istintaqa verdiyi ifadəni təsdiqləyib. T.Əhmədov qeyd edib ki, 3 milyon manatı Çovdarovdan tələb edib. Məhkəmədə Akif Çovdarovun vəkillərinin “Sizin tələbiniz nədir?” sualına isə Tağı Əhmədov bu cür cavab verib: “”Leyli və Məcnun”u hamı oxuyub. Bütün dünya bilir ki, orada söhbət nədən gedir və Leyli Məcnundan nə istəyir. İndi də burada hər şey aydındır. Siz də savadlı adamsınız. Bilmirsiniz ki, mən nə istəyirəm? Verdiyim pulu istəyirəm”.
Metropolitenin sabiq rəisi onu da qeyd edib ki, Akif Çovdarov ondan MTN üçün 10 “Range Rover” markalı avtomobil alınmasını istəyəndə “yox” deyib: “Eldar Mahmudova zəng elədim. Amma telefonu açmadı. Köməkçisi ilə danışdım. Mənə dedi ki, işimi Akif Çovdarova tapşırıb. Eldar Mahmudov mənim yerlimdir. Bir-birimizi çoxdan tanıyırdıq”.
Prosesdən çıxan Tağı Əhmədov jurnalistlərin suallarını cavabsız qoyub. Sonda isə “sağ olun” deyib avtomobillinə minərək məhkəmədən gedib.
Proses davam edib.

///lent.az