Rusiyadan gələn Azərbaycan vətəndaşında güclü təsiredici maddə aşkarlandıbackend

Rusiyadan gələn Azərbaycan vətəndaşında güclü təsiredici maddə aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Editor.az-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın gödəkçəsinin iç sağ cibindən, gömrük orqanına bəyan edilməyən cib dəsmalına bükülmüş şəkildə, üzərində “PGN 300” yazısı olan 11 kapsul “Lyrica (preqabalin)” dərman pereparatı aşkar olunub.
Xatırladaq ki, “Lyrica (preqabalin)” adlı dərman preparatları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.