Asif Əsgərov görülən işlərlə bağlı məlumat verdi – Fotolarbackend

Asif Əsgərov görülən işlərlə bağlı məlumat verdi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nəsimi rayonu 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2018-ci ilin yekunlarını müzakirə edib. 
İH-dən Editor.a-a daxil olan məlumata görə, tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının həmin dairə üzrə nümayəndəsinin müavini Eldəniz Cabbarov hesabat məruzəsi ilə çıxış edərək ötən il ərzində bir sıra abadlıq işləri aparıldığını, çoxsaylı yüksəkmərtəbəli binaların fasadlarının əsaslı təmir olunduğunu, “Abad həyət” və “Bizim Həyət” layihələri çərçivəsində geniş işlər görüldüyünü vurğulayıb.
Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 2018-ci ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib. Qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq-quruculuq işləri davam edəcək.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.