Milyarderlərin övladlarının Yeni il tətili – Fotolarbackend

Milyarderlərin övladlarının Yeni il tətili – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Milyarderlərin övladları Yeni ili qarşılama dəbdəbəsi ilə də dünya mediasının gündəminə gəliblər. Onların bəzisi soyuq, bəzisi isə isti ölkələrə üz tutublar. ən diqqətçəkən isə bahalı otellərdə, məkanlarda yayımladıqları fotolar olub. 
Varlıların Yeni il fotolarını təqdim edirik:
Sofiya Abramoviç – Roman Abramoviçin 24 yaşlı qızı Maldivə yollanıb. Bayram tətilini dostları ilə adada keçirən qız fotolarını da sosial şəbəkədə paylaşıb. O, “One&Only Reethi Rah” beşulduzlu oteli seçib. Oteldə bir gecə qalmaq üçün 2450 dollar ödəməlisən. Bu qiymətə isə ancaq səhər yeməyi daxildir.
İordaniya milyarderinin 18 yaşlı qızı Diana Manasir bal ayına yollanıb. Yeni ailə quran qız və əri Rostislav Bağırov bahalı brendlərdən alınan hədiyyələrinin görüntüsünü yayıb.

 

“Diksi”nin idarəçisinin 16 yaşlı qızı Kristina Kesayeva da istirahət fotoları ilə gündəmə gəlib. O, reper sevgilisi ilə birlikdə Tailandda dincəlib. Yeni ili Phuket adasında keçirən cütlüyü yaxınları da tək qoymayıb. Ailə dəbdəbəli “Amanpuri” otelində qalıb. Burada ən ucuz otağın gecəsi 1050, 6 otaqlı villa isə 13 min dollaradır. Daha sonra Kristina sevgilisi ilə yaxta gəzintisinə yollanıb.

 

Filipp Qazmanov 2019-cu ili Dubayda qarşılayıb. Məşhur müğənni Oleq Qazmanov da ailəsini tək qoymayıb. Onlar “The St. Regis Saadiyat Island Resort” da qalıblar. Həmin otelin bir gecəsi 448 dollardır.

 

Maya Semak – məşhur məşqçi Sergeyin qızı sevgilisi ilə qış istirahətinə üstünlük verib. Sank-Morisə gedən cütlük gecəsi 747 dollar olan “Kulm Hotel St. Moritz” oteldə qalıblar.

 

Rusiyanın energetika nazirinin qızı 21 yaşlı Alina Novak Andorra knyazlığına gedib. O, istirahətə sevgilisi ilə birlikdə yollanıb.

 

Partilərin ən qlamur qızı olan Arina Kuzmina Seyşel adasına yollanıb. Anası Marina ilə getdiyi səyahətdə Arina “Four Seasons Resort Seychelles at Desroches Island” otelində qalıb. O, gecəsi üçün 1350 dollar ödədiyi oteldən açıq-saçıq fotolarını da yayıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

///Axşam.az