Səhiyyə Nazirliyi: “Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə…”backend

Səhiyyə Nazirliyi: “Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə, Səhiyyə Nazirliyi ona qarşı mübarizə aparmaq iqtidarındadır.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

Onun sözlərinə görə, müxtəlif KİV-lərdə Azərbaycanda “donuz qripi”nin olması barədə məlumat yayılıb: “Azərbaycanda “donuz qripi” yoxdur. Əhalidə xof yaratmaq olmaz. Qonşu ölkələrdə “donuz qripi”nin olması elan edilib. Azərbaycanda “donuz qripi” kütləvi şəkildə yayılarsa, səhiyyə sistemi onun qarşısını ala bilər, tibb işçiləri onun qarşısını almaq iqtidarındadırlar”.

İ.Ağayev əlavə edib ki, ölkəyə “donuz qripi” ilə əlaqədar vaksinin gətirilməsi barədə məlumatlar düzgün deyil: “Qonşu Gürcüstanda H1N1 virusu yayılıb. Ancaq biz heç kimə qadağa qoya bilmərik ki, Azərbaycana gəlməyin və ya burdan getməyin. Gürcüstanda olan xəstələrin hamısı izoləedici şəraitdədirlər”.