Naxçıvan Şəhər Məhkəməsinə sədr təyin edildi

19:39 | 11 Yanvar, 2019

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzayalyıb.

Sənəddə deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. Polad Vəli oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.

2. Qabil Neymət oğlu Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

//AZƏRTAC