backend

Çovdarov Tağı Əhmədovdan düz danışmağı tələb etdi: "Bir dəfə də telefon danışığı olmayıb"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Akif Çovdarov və digərlərinin işi üzrə fasilə elan edilib.
Çovdarovun vəkili Sadiq Rəsulov açıqlamasında bildirib ki, hakim Həbib Həsənov vəkillərin Tağı Əhmədova suallar verməsinə imkan verməyib:”Akif Çovdarov da Tağı Əhmədovun prosesdə qalmasını və ona suallar vermək istədiyini dedi. Hakim bunu təmin etmədi. Biz ondan “44 illik əmək haqqı” olduğunu dediyi 3 milyon manatın mənbəyini soruşmaq istədik, hakim buna imkan vermədi. Biz 2006-cı ildən bəri Tağı Əhmədovun illik əmək haqqı haqda çıxarış almışıq.  Tağı Əhmədovun qazancı illik 20-25 min manat olub. Bu da heç bir halda 3 milyon etmir”.
Sadiq Rəsulov qeyd edib ki, Tağı Əhmədov  istintaqa ifadəsini təsdiqləyib. Lakin onun məhkəmədə verdiyi ifadə ilə istintaqa verdiyi ifadə arasında ziddiyyətlər olub: “Tağı Əhmədov istintaqda MTN əməkdaşı Rəsul Rəsulovla martın 26-da görüşdüyünü deyib və Rəsul Rəsulovun ondan 3-5 milyon manat pul tələb edildiyini bildirib. Tağı Əhmədov pulu düzəldib Çovdarova göndərib. Oğlu Ruslan Əhmədov və qardaşı oğlu Əli Əhmədov da pulu martın 26-27-də verdiklərini deyiblər. Anket məlumatlarında isə Tağı Əhmədovun həmin vaxt o ərazidə olmadığı bəlli olub. Sərhəd Xidmətinə verilən sorğumuza cavabda məlum olub ki, martın 26-da Tağı Əhmədov Dubayda olub”.
Vəkilin sözlərinə görə, Tağı Əhmədov onun dediklərinə münasibət bildirməyib: “İstintaqda elə söz demədiyini dedi. Bu vaxt da hakim ona çıxıb getməsi göstərişini verdi, o da zaldan çıxdı”.
Sadiq Rəsulov deyib ki, Tağı Əhmədov Eldar Mahmudov işdən çıxan günü Rəsul Rəsulova SMS yazıb: “O, Rəsula “Akif Çovdarova de pulu qaytarsın, bu, birincinin göstərişidir” yazıb. Biz birinci deyəndə kimi nəzərdə tutduğunu soruşduq. O isə “birinci özüməm, özüm özümə göstəriş vermişəm” dede,
Prosesdə Akif Çovdarov Tağı Əhmədovdan düz danışmasını tələb edib: ” 8 il sənin kuratorun olmuşam. Bir dəfə də sənlə aramda telefon danışığı olmayıb”.
T.Əhmədov da bunu təsdiqləyib.