“Gedin, smetan yeyin, siyasi mübarizə sizlik deyil” – Eynulla Fətullayevbackend

“Gedin, smetan yeyin, siyasi mübarizə sizlik deyil” – Eynulla Fətullayev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlqar Məmmədov, Xədicə İsmayıl, Sevinc Osmanqızı, Emin Hüseynov… və İlham Əliyev hakimiyyətini devirməyə cəhd edən bir çox başqaları.
Sizin mübarizə o zaman qələbə çalacaq ki, sıralarınızda süd məhsullarını yeyib dünyaya aclıq aksiyası haqda car çəkənlərin və elə sizin yerinizdə İrlandiya milli hərəkatının Bobbi Sends kimi cəsur və ləyaqətli siyasi xadimlər meydana çıxacaq. Hərçənd, Bobbi Sendsin ölümü belə Marqaret Tetçer hakimiyyətinin süqutu ilə nəticələnmədi”.

Tanınmış jurnalist Eynulla Fətullayev Facebook səhifəsində belə yazıb.


O, daha sonra bildirib: “Bobbi Sends 66 gün həbsdə tam aclıq aksiyasını (yalnız su ilə yaşayırdı) keçirdi, fəqət Marqaret Tetçer geri çəkilmədi, və irlandların tələblərini rədd etdi. Bobbi Sends aclığın 66-cı günü həbsxanada vəfat etdi. Onun ardınca Kiran Doherti vəfat etdi!!!
Amma digərləri aksiyanı davam etdilər:

Kuin – 47 gün
Makgeon – 42 gün
Devlin – 52 gün
Makkeon – 70 gün!
Makloski – 52 gün…

Budur mübarizə! Yoxsa, seçki olmayan dövlətdə mer seçkilərini tələb edib, smetandan basıb aclıq etmək… Bu elə sizin işinizdir. Gedin, smetan yeyin, siyasi mübarizə sizlik deyil”.

//milli.az