Müalicəsi olmayan xərçəngə qalib gəlməyin – Yolubackend

Müalicəsi olmayan xərçəngə qalib gəlməyin – Yolu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazel Universitetinin (İsveçrə) alimləri müalicəsi olmayan mərhələdə olan xərçəng zamanı metastazların (bədxassəli şişlərin ikinci dərəcəli ocaqları) inkişafını əngəlləyən maddə aşkarlayıb.

Bu barədə yazı “MedicalXpress” nəşrində dərc olunub.

Metastaz xərçəngdən əziyyət çətən xəstələrdə ölüm hallarının 90 faizinə cavab verir. İkinci dərəcəli ocaqların inkişafına səbəb sirkulyasiya edən şişli hüceyrələrdir. Onlar ilkin ocağı tərk edərək, qan dövranına daxil olur və beləcə, digər toxumalara və orqanlara yayılırlar. Bu hüceyrələr klasterlər şəklində birləşərək sonradan metastaza yol açır.

Alimlər müəyyən edib ki, klasterlərin metastazlara çevrilməsində epigenetik nəzarət mexanizmləri mühüm rol oynayır. Onlar sirkulyasiya edən hüceyrələri kök hüceyrələrinə bənzədir ki, nəticədə, onların toxumalarda və proliferasiyada möhkəmlənməsinə vasitəçilik edir. Təcrübə zamanı ayrıca hüceyrələrdə klasterlərin dağıdılması epigenetik tənzimləmə mexanizmini “deaktivləşdirir”.

Alimlər FDA-nın (Qida məhsullarının və tibbi preparatların keyfiyyətinə sanitar nəzarət idarəsi) təsdiqlədiyi 2486 dərman vasitəsini yoxlayıb və klasterlərin formalaşmasını əngəlləyən inhibitorları müəyyən edib. Həmin preparatlar metastazların inkişafının qarşısını alır.

///oxu.az